Ansi Aqolli özü haqda Ukraina mtəbuatında gedən xəbərləri təkzib edib

Ansi Aqolli özü haqda Ukraina mtəbuatında gedən xəbərləri təkzib edib

"Qarabağ" Klubunun futbolçusu Ansi Aqollin haqqında dünən axşam Ukrayna mətbuatında yayılan xəbərə görə, A.Aqollin "Qarabağ" klubunu tərk edərək adıçəkilən ölkənin "Kivbass" klubu ilə müqavilə imzalayıb. Siasport.az saytının verdiyi xəbərə görə, "Qarabağ" klubunun yaydığı rəsmi məlumatda bildirilir ki, bu xəbərin heç bir əsası yoxdur, oyunçunun bu mövsümün sonuna qədər müqaviləsi var. Elə bu haqda futbolçunun özü də klubun rəsmi internet saytına müsahibə verib. Müsahibəni sizə təqdim edirik. "Vallah, bu xəbər mənim üçün maraqlıdı ki, necə meydana çıxıb. \"Qarabağ\"ı atıb hara getmişəm? İndicə yatırdım. Məni yuxudan oyatdınız. Gördüyünüz kimi Bakıda, \"Qarabağ\"ın düşərgəsindəyəm. Belə şayiələrə fikir vermirəm. Ötən qış \"Qarabağ\"la il yarımlıq müqavilə bağlamışam. Sazişin sonuna hələ 6 ay var. Mən hələ uzun illər \"Qarabağ\"ın formasını daşımaq istəyirəm. Ukraynadan heç kim mənimlə əlaqə saxlamadığı halda belə əsassız olay meydana çıxıb".

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə