Mingəçevir şəhərində dəhşətli qətl hadisəsi törədilib. Hadisə şəhərin Nəriman Nərimanov küçəsi, bina 39, mənzil 39 ünvanında baş verib.
SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, oğurluq məqsədilə evə daxil olan qonşuluqda yaşayan 22 yaşlı şəhər sakini Hüseyn Dadaşov 12 yaşlı Beydullayev Pərvin Tahir oğlunun başını kəsib, onun bacısı, 14 yaşlı Beydullayeva Pərvanə Tahir qızına isə bıçaqla çoxsaylı bədən xəsarətləri yetirib.
Orta məktəb şagirdləri olan hər iki yeniyetmə hadisə vaxtı evdə tək olublar. Axşam saatlarında evə gələn uşaqların anası övladlarından birinin öldürüldüyünü, digərinin isə ağır yaralandığını görüb və dərhal polisə xəbər verib. Pərvanə Abdullayeva təcili olaraq xəstəxanaya çatdırılıb və Mingəçevir şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildirib.
Mingəçevir şəhər hüquq-mühafizə orqanlarının isti izlərnən keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində dəhşətli cinayət hadisənini törədən Mingəçevir şəhəri, sakini 1989-cu il təvəllüdlü Dadaşov Hüseyn Tariyel oğlu tutub.
Hadisəni törədən 23 yaşlı uşaqların onu tanıdığını anladıqdan sonra onları öldürərək cinayətin izlərini itirmək qərarına gəlib.
Qedy edək ki,ev sahibi polkovnik Beydullayev Tahir hərbçi olub və keçən il vəfat edib.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB