Mağazaları qarət edən dəstə zərərsizləşdirilib

Mağazaları qarət edən dəstə zərərsizləşdirilib

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Samir Həsənzadə və Aydın Tağızadə fevralın 7-də yaxalanıblar. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, məlum olub ki, onlar 2011-ci il oktyabrın 14-ə keçən gecə Mayakoviski küçəsində yaşayan Taleh Hüseynova məxsus, yaşadığı evin qarşısında yerləşən mağazadan qapının qıfılını sındırma yolu ilə 400 manat, ərzaq malları, yanvarın 1-ə keçən gecə Balaxanı qəsəbəsi II Mədən yeni tikilidə yaşayan Hafiz Şıxməmmədova məxsus həmin ünvanda yerləşən mağazadan qapını sındırma yolu ilə 3000 manat, danışıq kartları və tütün məmulatları, yanvarın 26-a keçən gecə isə Sabunçu qəsəbə sakini İsmixan Əbilova məxsus E.Mehdiyev küçəsində yerləşən mağazadan açıq qapıdan keçmə yolu ilə danışıq kartları oğurlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə