Sabir Rüstəmxanlı və Səftər Rəhimlinin növbəti məhkəməsi keçiriləcək

Sabir Rüstəmxanlı və Səftər Rəhimlinin növbəti məhkəməsi keçiriləcək

DAK həmsədri Sabir Rüstəmxanlının DAK İdarə heyətinin üzvü, qurumun Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimliyə qarşı qaldırdığı məhkəmə iddiasına bu gün saat 16:30-da Yasamal rayon Məhkəməsində hakim Fuad Talışınskinin sədrliyi ilə baxılacaq. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətinin rəhbəri Peyman Sadıqov məlumat verib.

Xatırladaq ki, DAK-ın birləşməsindən dolayı baş verən çəkişmələrdən Sabir Rüstəmxanlı DAK-ın birləşməsini istəyən şəxsləri 03 avqust 2011-ci ildə keçirdiyi mətbuat konfransında İran və Rusiyanın adamları olduqlarını bildirib. Buna qarşılıq olaraq 05 avqust 2011-ci ildə Səftər Rəhimli "Gündəlik Bakı" qəzetinə verdiyi müsahibədə "Sabir Rüstəmxanlı öz adını başqalarına qoyur". Atalarda belə bir misal var deyir "Adımı sənə qoydum səni də yana–yana qoydum" deyə bildirərək "Əslində Sabir Rüstəmxanlının vaxtı ilə rus "KQB"si ilə macəralarından hər kəs danışır" deyə ifadə edib.

Ona görə də Sabir Rüstəmxanlı 11 avqust 2011-ci ildə Səftər Rəhimlini məhkəməyə verərək Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını və cəzalandırılmasını tələb edib. Onu da bildirək ki, 2 dəfə Binəqədi rayon məhkəməsi Sabir Rustəmxanlının iddialarını əsassız hesab edərək işi ləğv edib. Sabir Rüstəmxanlı verilən qərardan razılaşmamış və Apelyasiyaya şikayət verib. Sonda Apelyasiya məhkəməsi qərar çıxararaq yenidən baxılmaq üçün işi Binəqədi rayon məhkəməsinə geri göndərilib. Binəqədi rayon məhkəməsi işi ləğv edib. Sabir Rüstəmxanlı sonradan Yasamal rayon Məhkəməsinə şikayət edib. Yasamal rayon məhkəməsi ilkin baxışı 30 yanvarında həyata keçirib, sabah isə ikinci baxış keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə