Azov dənizində qəzaya uğrayan gəmidəki azərbaycanlılar xilas olunub

Azov dənizində qəzaya uğrayan gəmidəki azərbaycanlılar xilas olunub

Fövqəladə Hallar Nazirliyi Azov dənizində qəzaya uğrayan gəmidə xilas edilən Azərbaycan vətəndaşları ilə bağlı məlumat yayıb. SİA-nın FHN-ə istinadən verdiyi məlumata görə, 7 fevral 2012-ci il tarixində Bakı vaxtı ilə saat 07:40 radələrində Azov dənizində olan "Avaca 1" yük gəmisindən həyəcan siqnalının verilməsi barədə məlumat daxil olub. Ukrayna Fövqəladə Hallar Nazirliyinə istinadən yayılan məlumata görə, gəminin 12 heyət üzvündən 8 nəfəri Azərbaycan, 1 nəfəri Türkiyə, 3 nəfəri isə Ukrayna vətəndaşıdır.

Ukrayna Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən alınan məlumata əsasən, görülən tədbirlər nəticəsində yerli vaxtla saat 07:35 radələrində gəminin heyət üzvləri, o cümlədən 8 nəfər Azərbaycan vətəndaşı xilas olunublar. Xilas olunan azərbaycanlı dənizçilərin Simferopola aparıldığı qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə