Özünü FHN əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs olunub

Özünü FHN əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs olunub
Azərbaycanın Sabirabad rayonunda özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs olunub. SİA-nın verdiyi məlumata görə, sakinlərin şikayəti əsasında rayonun Ulacalı kənd sakini Həsənov Salman Aslan oğlunun barəsində cinayət işi açılaraq həbs-qətimkan tədbiri həyata keçirilib. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində özünü FHN əməkdaşı kimi təqdim etdiyi, Kür daşqınlarından əziyyət çəkən həmkəndlilərindən ümumilikdə 4000 manat alaraq onlara nazirlik tərəfindən yeni mənzillərin tikiləcəyinə söz verdiyi məlum olub. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq - təkrar törədildikdə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri üzrə cinayət işi başlanıb, həbs-qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə