Sabirabad polisi keçirdiyi əməliyyat nəticəsində 53 yaşlı Suqovuşan kənd sakini Nəsirov Bayram İltifat oğlunu saxlayıb. O, üzərində gəzdirdiyi 0.58 qram narkotik vasitə olan qurudulmuş marixuananı 30 manat qarşılığında həmkəndlisi Qafarov Canpolad Cəmil oğluna satarkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Sabirabad rayon Polis Şöbəsindən SİA-ya verilən xəbərə görə, saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi açılıb araşdırma aparılır.
Qeyd edək ki, Nəsirov Bayram İltifat oğlu əvvəllər də məhkumluq həyatı yaşayıb. Rayon Polis Şöbəsinin keçirdiyi digər əməliyyat tədbiri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Qəzli kənd sakinləri əvvəllər məhkumluq həyatı yaşamış Abdullayev Fəqani Abbas oğlu, Abubəkirov Fuad İbrahim oğlu, həmçinin rayonun Surra kənd sakinləri Şıxəliyev Zöhrab Haybəli oğlu və Ələkbərov Ehtiram Vahid oğlu saxlanılaraq rayon polis şöbəsinə gətirilib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB