Sabirabadda dələduz həbs edilib. SİA-nın aran bürosuna məlumat verən Sabirabad rayon Polis Şöbəsinin müstəntiqi Ramil Salayevin sözlərinə görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı kimi təqdim edən rayonun Ulacalı kənd sakini Həsənov Salman Aslan oğlu yaxalanıb. Məlum olub ki, nazirlik əməkdaşı kimi təqdim edən rayon sakini Həsənov Salmanı kür daşqınlarından əziyyət çəkən rayonun Ulacalı kənd sakinlərindən ümumilikdə 4000 manat dəyərində pul alaraq onlara FHN tərəfindən yeni mənzillərin tikiləcəyini bildirib. Sakinlərin şikayəti əsasında əməliyyat keçirən rayon polis şöbəsinin əməkdaşları Həsənov Salmanı yaxalamağa müvəffəq olub. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 178.2.4 maddəsi ilə cinayət işi açılaraq həbs qətimkan tədbiri seçilib.
Onu da qeyd edək ki, saxlanılan şəxs istintaqın gedişi zamani vətəndaşlardan aldığı pulları geri ödəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB