Lənkəranda ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, rayonun Liman şəhəri ərazisində qarşı-qarşıya gələn iki VAZ-2107 markalı avtomobil toqquşub. Nəticədə Masallı rayonunun Əhmədli kənd sakini 24 yaşlı Samir Səfərov, sərnişini Rəhman İsmayılov və Masallı rayonunun Təklə kənd sakini 30 yaşlı Sübhan Kazımov müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisə yerində olan Baş Dövlət Yol Polisi əməkdaşlarının bildirdiyinə görə, hələlik qəzaya hansı sürücünün səbəb olduğunu demək mümkün deyil. Baş verən hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın verdiyi rəydən sonra məlum olacaq. Qeyd edək ki, artıq faktla bağlı yol polisi idarəsində araşdırmalara başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB