Binəqədidə qaz sızmasından 2 evdə partlayış olub

Binəqədidə qaz sızmasından 2 evdə partlayış olub

Binəqədi rayonunda təbii qazın sızmasından 2 evdə partlayış olub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata əsasən, fevralın 5-də Binəqədi rayonu ərazisində yaşayan Yaqub Mehdiyevə məxsus 2 mərtəbəli evin birinci mərtəbəsindəki mətbəxdə təbii qazın sızmasından partlayış baş verib. Nəticədə mətbəxin konstrkusiyalarına ziyan dəyib, xəsarət almış Turanə Əlizadəyə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.

Həmin gün Binəqədi rayonu ərazisindəki yeni tikilmiş evlərdən birində yaşayan Əhliman Qədirova məxsus evdə də təbii qazın sızmasından partlayış baş verib.
Nəticədə evin konstruksiyalarına ziyan dəyib, yanıq xəsarətləri almış Qədirov, həyat yoldaşı Məlahət və qızı Nəcibə isə xəstəxanaya yerləşdiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə