Gəncədə dələduzluqla məşğul olan şəxs həbs olunub

Gəncədə dələduzluqla məşğul olan şəxs həbs olunub

Gəncədə dələduzluqla məşğul olan şəhər sakini həbs edilib. Gəncə şəhər Baş Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Qarayev Elşən Müsahib oğlu bir neçə şəxsi aldadaraq onlara sənədsiz ev və maşın satıb. İstintaq tədbirləri nəticəsində məlum olub ki, adıçəkilən şəxs bu yolla ümumilikdə 7 nəfərin etibarından sui-istifadə edərək onların pullarını mənimsəyib.

Hazırda faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi açılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə