Bu gün Şirvanda intihar hadisəsi baş verib. SİA-nın Aran bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri Z.Tağıyev küçəsində yerləşən qapı- pəncərə sexində baş verib. Sexdə usta işləyən 1984-cü il təvəllüdlü Şirvan sakini Əliyev Aqşin Ələddin oğlu ötən gecədən özünü seyf qapıdan kəndirlə asaraq intihar edib.
Bu gün səhər sexin sahibi işə gələrkən qapını açdıqda Aqşin Əliyevi kəndirdən asılı vəziyyətdə görüb. Hadisə yerinə gələn mərhumun valideynlərinin dediyinə görə, Aqşin 1 il evli olub və 1 il öncə də həyat yoldaşından ayrılıb. Faktla bağlı Şirvan şəhər prokurorluğunda intihar faktının səbəbləri araşdırılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB