Türkiyə vətəndaşı yol qəzası törədib - FOTO

Türkiyə vətəndaşı yol qəzası törədib - FOTO

Yolların buzla örtülməsi daha bir qəzaya səbəb oldu. SİA-nın Aran bürosunun məlumatına görə havanın şaxtalı olması yollarda avtomobillərin hərəkətində çətinliklər yaradıb. Dünən axşam saatlarında Bakı-Qazax yolunun 113-cü kilometrliyində, Hacıqabul rayonu ərazisində Türkiyə vətəndaşı, 1955-ci il təvəllüdlü Hasan Aktaşın idarə etdiyi ağır yük daşıyan avtomobil yolun buz bağlaması səbəbindən sürüşüb, qoruyucu dəmir xətlərin üzərindən keçərək dərəyə düşüb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb, avtomobilə, yol kənarındakı qoruyucu qurğu və dirəklərə ziyan dəyib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə