Gəncədə 4 nəfər 65 manata görə adam bıçaqlayıb

Gəncədə 4 nəfər 65 manata görə adam bıçaqlayıb

65 manata görə, adam bıçaqlayan dörd nəfərin ikisi tutulub. SİA-nın Daxili İşlər Nazirliyini rəsmi saytına istinadən verdiyi xəbərə görə, fevralın 1-də saat 17.00 radələrində Gəncə şəhəri ərazisində 4 naməlum şəxs şəhər sakini Tofiq Məmmədovu bıçaqla hədələyərək 65 manat pulunu alıb.

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri Kamran Yusifov və Elçin Quliyev tutulub, digər 2 nəfər iştirakçının isə tutulması üçün tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə