Bakının Sabunçu rayonu ərazisində mağazaya silahlı basqın olub. Rayon Polis İdarəsinin məlumatına görə, naməlum şəxslər Ziyad Əliyevi ov tüfəngi və bıçaqla hədələyərək, kassadan 190 manat pul aparıb. Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən İlham Məlikov və Əbülfət Quluzadə tutulub. Ə.Quluzadədən 1 ədəd "Vinçester" tüfəngi, 0,557 qram heroin, İ.Məlikovdan isə 0,557 qram heroin götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB