Ötən gün çovğunlu havada Bakıda avtomobil qaçırılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, fevralın 2-si saat 10:20 radələrində B.Səfəroğlu küçəsində yaşayan İlham Valehova məxsus \"Mitsubishi Pajero\" markalı avtomobil evinin qarşısından qaçırılıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Abdullayev avtomobillə birlikdə Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılıb.
Üzərinə baxış keçirilərkən 0,241 qram heroin aşkar olunaraq götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB