DİN iki azyaşlı uşağın ölümü ilə bağlı məlumat yayıb

DİN iki azyaşlı uşağın ölümü ilə bağlı məlumat yayıb

Bu gün gecə saat 04.00 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində qeyri-qanuni tikilmiş 3 evdə yanğın baş verib.

SİA-nın Daxili İşlər Nazirliyininin saytına istinadən verdiyi məlumata görə, nəticədə evlərin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, burada kirayədə yaşayan şəhər sakinləri Afaq Məmmədova, onun uşaqları 6 yaşlı Aydanın və 2 yaşlı Anarın yanmış meyitləri aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə