FHN Gəncənin mərkəzi bazarında baş verən yanğınla bağlı məlumat yayıb

FHN Gəncənin mərkəzi bazarında baş verən yanğınla bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncənin mərkəzi bazarında baş verən yanğınla bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Gəncənin Nizami rayonunda ümumi sahəsi 15 000 kv.m olan Mərkəzi Kolxoz Bazarında yüngül konstruksiyalardan ibarət talvar və altında olan satış piştaxtaları (hər birinin ümumi sahəsi, təqribən, 8 kv.m olmaqla 146 ədəd) 2 400 kv.m sahədə yanıb. Bazarın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

Yanğın səhər saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə