Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 17 nəfər xəsarət alıb

Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 17 nəfər xəsarət alıb

Ötən gün respublika ərazisində 14 yol qəzası baş verib, nəticədə 3 nəfər ölüb, 17 nəfər xəsarət alıb. SİA-nın Respublika Baş Dövlət Yol Polisi İdarəsinə istinadən verdiyi məlumata görə, qəzaların 3-ü Bakıda baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Ölümlə nəticələnən hadisələr piyadaların vurulması olub və Bakının Xətai rayonunda, eləcə də Hacıqabul və Abşeron rayonlarında qeydə alınıb. Siyəzən və Lənkəran rayonlarında qeydə alınan yol qəzalarında isə 5 nəfər xəsarət alıb.


Məlumatda bildirilir ki, hava şəraitinin nisbətən mülayimləşməsi ilə respublikanın rayonlarına gedən bəzi yollardakı məhdudiyyətlər aradan qalxıb. Məlumata görə, magistral yollarda buzlar əriyib. Yalnız Ağsu aşırımının bəzi hissələrində buzlaşma var.



Bütün xəbərlər Facebook səhifəmizdə