Bu gecə paytaxtda binalardan birinin zirzəmisində partlayış baş verib. Hadisə Yasamal rayonunun Kənar Dairəvi küçəsi, 20 ünvanında yerləşən 17 mərtəbəli binada qeydə alınıb. Məlumata görə, transformatorun partlaması nəticəsində binada güclü yanğın baş verib. Yanğın nəticəsində hər tərəfi tüstü bürüyüb. Hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşın cəlb edilib və 4 Təcili Tibbi Yardım maşını çağırılıb. Şahidlərin sözlərinə görə, bina sakinləri Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının və polislərin köməyi ilə təxliyə olunub. Tüstüdən zəhərlənənlərə həkimlərinin köməyi ilə ilkin yardım göstərilib. Faktla bağlı araşdırmalar aparılır. Partlayışın hansı səbəbdən baş verməsi hələ ki məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB