Daxili İşlər Orqanlarının əməkdaşları silah sursat aşkarlayıblar

Daxili İşlər Orqanlarının əməkdaşları silah sursat aşkarlayıblar
Daxili İşlər orqanlarının əməkdaşları silah sursat aşkarladılar. SİA-nın verdiyi məlumata görə, Şəmkir RPŞ əməkdaşları tərəfindən rayon ərazisində 1 ədəd "TOZ-8" tüfəngi, 2 ədəd qumbara, 451 ədəd müxtəlif çaplı patron, 3 ədəd alışdırıcı və 4 ədəd patron darağı tapılib. Tovuz RPŞ əməkdaşları tərəfindən isə rayonunun Bozalqanlı kəndi ərazisində 1 ədəd "TT" markalı tapança, 1 ədəd"TOZ-8" tüfəngi, 1 ədəd qumbara, 75 ədəd müxtəlif çaplı patron və 1 ədəd patron darağı aşkarlanaraq götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə