Azərbaycanda saxta əsginazlar qanunsuz dövriyyədən çıxarılıb. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Cəlilabad və Biləsuvar rayon polis şöbələrinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində Cəlilabad şəhər sakini Mircəlal Qəhrəmanovdan 6 ədəd 100 manatlıq və 7 ədəd 50 manatlıq saxta əsginaz götürülüb. Qəhrəmanovun saxta əsginazları həmyerlisi Bəhruz Əsgərovdan alması müəyyən edilib.
Hər iki şübhəli şəxs saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB