Cəzaçəkmə müəssəsinə soyuq silah keçirilməsinə cəhdin qarşısı alınıb

Cəzaçəkmə müəssəsinə soyuq silah keçirilməsinə cəhdin qarşısı alınıb
Azərbaycanda cəzaçəkmə müəssəsinə soyuq silah keçirilməsinə cəhd edilib. SİA-nın verdiyi məlumata görə, yanvarın 30-da müəssisədə cəza çəkən 1968-ci il təvəllüdlü Fətiyev Nazim Kamandar oğlu ilə görüşə gələn qardaşı Fətiyev Faiq Kamandar oğlunun üzərinə baxış keçirilib. Həmin vaxt bir ədəd zavod üsulu ilə hazırlanan, yaylı açılıb-bağlanan bıçaq aşkar edilərək götürülüb.

Qeyd edək ki, Nazim Fətiyev Cinayət Məcəlləsinin 206.3.2-ci, 228.4-cü, 234.4.1-ci, 234.4.3-cü və 66.3-cü maddələri ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə