Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsinə soyuq silah keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, yanvarın 30-da müəssisədə cəza çəkən 1968-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 206.3.2-ci, 228.4-cü, 234.4.1-ci, 234.4.3-cü və 66.3-cü maddələri ilə 12 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Fətiyev Nazim Kamandar oğlu ilə görüşə gələn qardaşı Fətiyev Faiq Kamandar oğlunun üzərinə baxış keçirilib. Həmin vaxt bir ədəd zavod üsulu ilə hazırlanan, yaylı açılıb-bağlanan bıçaq aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB