Naməlum avtomaşın piyadanı vurub

Naməlum avtomaşın piyadanı vurub
Səbail rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Naməlum avtomaşın yolu keçmək istəyən piyada - Özbəkistan vətəndaşı Nodira Taşhamatovanı vurub. SİA-nın verdiyi məlumata görə, yaralı xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti qənaətbəxşdir. Naməlum avtomobilin tapılması istiqamətində Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə