Milli Ordunun əsgəri avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib

Milli Ordunun əsgəri avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib

Azərbaycan Milli Ordusunun əsgəri avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. 2011-ci ildə Gəncənin Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılan, 1991-ci il təvəllüdlü Rufin Vilayət oğlu Rəhimov əlindəki avtomat silahdan açılan atəş nəticəsində ölüb.

Hadisənin təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə