Ötən gecə Qusar rayon İcra Hakimiyyətinin binasında yanğın baş verib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, yanğın RİH-nin binasının qazla işləyən qazanxanasında qeydə alınıb. İlkin versiya kimi yanğına səbəb qazanxanaya nəzarət edən ocaqçının sərxoş olması və qazanxanada olan suötürücü mühərrikin naqilində baş vermiş qısaqapanma nəticəsində meydana gəldiyi bildirilir. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyi (FHN) Qusar Dövlət yanğından mühafizə hissəsinin briqadaları cəlb olunub və yanğının qarşısı alınıb.
Qeyd edək ki, hadisənin baş verdiyi yerdə Rayon İcra Hakimiyyətinin əməkdaşları olsa da, onlar yanğın barədə əməkdaşlarımıza məlumat vermək istəməyiblər.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB