Kəskin hava şəraiti Hacıqabulda ağır yol qəzası ilə nəticələnib. SİA-nın Aran bürosuna məlumat verən BDYP-nin inspektoru Mahir Salmanov bildirib ki, yanvarın 29-da, saat 17:30 radələrində Bakı-Qazax yolunun 131-ci kilometrliyində, Hacıqabul rayonun Muğan qəsəbəsində Bakı istiqamətində hərəkət edən "VAZ 2107" markalı 90 ME 911 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkətdə olan "KİA" markalı 90 HL 986 nömrəli avtomobil toqquşub. Nəticədə "VAZ 2107"nin sürücüsü, Hacıqabul rayonunun Meyniman kənd sakini 1973-cü il təvəllüdlü Əhmədov Ruslan Qara oğlu hadisə yerində aldığı xəsarətlərdən dünyasını dəyişib. Digər avtomobilin sürücüsü isə xəsarət alaraq Kürdəmir rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı BDYP-nin istintaq bölməsində araşdırma aparılır.
İqbal
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB