Ağstafa rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Ağstafa rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Ağstafa rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 27-də saat 09:00 radələrində Ağstafa rayonu ərazisində Dağkəsəmən kənd sakini Həsən Quşçiyevin idarə etdiyi \"VAZ-2106\" və Xaçmaz rayon sakini Xəyaməddin Həsənovun idarə etdiyi \"MAN\" markalı avtomaşınlar toqquşub, sonradan Həsənov idarəetməni itirdiyindən avtomaşını qarşıdan gələn \"QAZ-3110\" markalı avtomaşına çırpılıb.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Quşçiyev orada ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə