Həmyerlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs yaxalanıb

Həmyerlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs yaxalanıb

Qazax rayonunun Daş Salahlı kənd sakini Çingiz Xəlilovu qətlə yetirməkdə şübhəli bilinən Vüqar Abdullayev tutulub. SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 27-də Qazax rayonunun Daş Salahlı kəndi ərazisindən kənd sakini Çingiz Xəlilov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.

Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş mərhumun həmyerlisi Vüqar Abdullayev tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə