Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 27-də saat 08:30 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Rəşad Süleymanov \"Mercedes\" markalı avtomaşını idarə edərkən yolu keçən Niyazi Ağayevi vurub.
Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB