Ağdaş rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə Ağdaş şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Rayonun Korarx kənd sakini, 1968-ci il təvəllüdlü Xəlilov Ətraf İbrahim oğlu rayon Kommunal Təsərrüfat İdarəsinə məxsus A458 dövlət nömrə nişanlı \"T28\" markalı traktorla hərəkətdə olarkən işıqforun yanında yolüstü piyada xətti üzərində yolu keçən 2000-ci il təvəllüdlü Kərimova Nərmin Teymur qızını vurub. Hadisə nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan məktəbli Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB