Marşrutda oğurluq edən şəxs yaxalanıb

Marşrutda oğurluq edən şəxs yaxalanıb

Oktyabrın 28-i 2011-ci il tarixdə, 93 saylı xətt avtobusunda Balakən rayon sakini Eyvaz Hudulovun cibindən 1030 manat oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin CAŞ və 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Quliyev yanvarın 27-də yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə