Vətəndaşları \"neft şirkətinə düzlətmək\" adı ilə aldadan şəxs tutulub

Vətəndaşları \"neft şirkətinə düzlətmək\" adı ilə aldadan şəxs tutulub
Vətəndaşları \"neft şirkətinə düzlətmək\" adı ilə aldadan şəxs tutulub. SİA-nın verdiyi məlumata görə, həmin şəxs Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan 41 yaşlı Müslüm Xəlilovdur. Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Müslüm Xəlilov tutulub.

Aparılan tədqiqatlar zamanı onun Balakən rayon Polis Şöbəsi tərəfindən axtarışda olduğu üzə çıxıb. Məlum olub ki, fəhlə işləyən M.Xəlilov Balakən rayonunda özünü \"neft şirkətinin əməkdaşı\" kimi təqdim edərək 8 nəfəri aldadıb. Onlardan külli miqdarda pul alaraq aradan çıxıb. Aldadılan şəxslər Müraciəti əsasında Balakən rayon Polis Şöbəsi tərəfindən M.Xəlilov barəsində axtarış elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə