İçərisində 78500 ABŞ dolları olan salafan paketi oğurlayanlar ələ keçdi

İçərisində 78500 ABŞ dolları olan salafan paketi oğurlayanlar ələ keçdi
Dekabrın 29-u 2011-ci il tarixdə naməlum şəxslər Nizami rayonu Ə.Kürçaylı küçəsində Gürcüstan vətəndaşı Eldar Musayevin əlindən içərisində 78500 ABŞ dolları olan salafan paketi alıb qaçıblar. SİA-nın Bakı şəhər Baş Polis İdarəsindən aldığı məlumata görə, Nəsimi RPİ NMB-in əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilənən Zəngilan rayon sakini Oruc Mehdiyev, Bakı şəhər sakinləri Rövşən Rəfiyev və Bəhruz Məmmədov yanvarın 24-də yaxalanmışlar.

Bütün xəbərlər Facebook səhifəmizdə