Yanvarın 24-də 194 saylı xətt avtobusunda Bakı şəhər sakini Musa Əliyevin cibindən mobil telefon oğurlanıb.
SİA-nın Bakı şəhər Baş Polis İdarəsindən aldığı məlumata görə, Nərimanov RPİ CAŞ, PPXB və 17-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilənən, əvvəllər məhkum olunmuş Zaur Əhmədov tutulub və ondan 0,167 qram narkotik vasitə olan heroin aşkar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB