Mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb

Mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb

Goranboy rayonu ərazisindəki meşə zolağında mina partlayıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonunun Qaraçinar kəndi ərazisindəki meşə zolağında, Şəfəq kənd sakini Qəmbər Abbasov və Kəlbəcər rayon məcburi köçkünü Məmməd Vəliyev minalanmış sahəyə düşüblər.

Mina partlayışı nəticəsində müxtəlif bədən xəsaərti almış hər iki nəfər Ağcəbədinin Saricali kəndində yerləşən hərbi hosbitala yerləşdirilib.Yaralıların vəziyəti ağır olduğundan Gəncə şəhərinə aparılıb, vəziyyətləri orta-ağırdır.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə