Bərdədə yenə naməlum obyekt görünüb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, bu dəfə naməlum obyekt Bərdənin Mustafaağlı kəndinin qonağı olub. Arzuolunmaz qonaq kənddə yaşayan Musayevlərə məxsus həyətdə səhər saat 08:00 radələrində görünüb. Evinin pəncərəsində işartını görən ev sahibi onun nə olduğunu öncə müəyyənləşdirməkdə çətinlik çəkib. Bir müddət şüaları müşayət edən ev sahibi sonradan onu telefonunun yaddaşına köçürməyə nail olur. Amma çəkildiyini hiss edən naməlum obyekt yoxa çıxmağa nail olub.
Qeyd edək ki, kənd sakinləri eyni obyektin ötən gün axşamdan kəndin ətrafında göründüyünü deyib.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB