Bərdə sakini həmyerlisini güllələyib

Bərdə sakini həmyerlisini güllələyib

Bərdə rayonunda 30 yaşlı şəxs güllələnib. SİA-nın Qarabağ bürosuna polis şöbəsindən verilən məlumata görə, Bərdə rayonunda güllələnmə hadisəsi baş verib. Rayonun Mirzalıbəyli kənd sakini 23 yaşlı Zaur Məlikov münaqişə zəminində pnevmatik tapançadan atəş açaraq, şəhər sakini 30 yaşlı Azər Mehdiyevə ayaq nahiyəsindən xəsarət yetirib. Yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Zaur Məlikov hadisə yerindən qaçıb.

Hazırda rayon polis şöbəsinin əməkdaşları həmin şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri aparır.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə