Bakıda dəhşətli partlayış baş verib

Bakıda dəhşətli partlayış baş verib

Bakının Yasamal rayonunda dəhşətli partlayış baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Yasamal rayonunun 2-ci Alatava yaşayış sahəsində yaşayan Ələmdar Əliyevə məxsus evin altından keçən qaz xəttində təbii qazın sızması nəticəsində partlayış baş verib. Nəticədə evin tavanında, divarlarında çatlar əmələ gəlib, qapı və pəncərə çərçivələri dağılıb. Orada usta işləyənlər Bakı şəhər sakini Saydın Rəhimov və Lənkaran rayon sakini Rafiq Şükürov isə xəsarət alıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə