Nəsimi rayonunda yanğın hadisəsi baş verib

Nəsimi rayonunda yanğın hadisəsi baş verib

Nəsimi rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, paytaxtın Nəsimi rayonunda saat 05:35 radələrində baş verən yanğın zamanı Səxavət Cəmilova və Çingiz İslamzadəyə məxsus ümumi sahəsi 300 kv.m olan mağazada tavan 18 kv.m sahədə, içərisində olan divar kağızları qismən, mağazanın girişindəki reklam lövhəsi 15 kv.m sahədə və qarşısında dayanmış "Subaru" markalı minik avtomobili yanıb.

Yanğının hansı səbəbdən baş verdiyi bilinmir.

Bütün xəbərlər Facebook səhifəmizdə