Yevlaxda 86 yaşlı kişi öldürülüb

Yevlaxda 86 yaşlı kişi öldürülüb

Yevlax rayonunda qətl hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Yevlax rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Qoyunbinə kəndində baş verib. Kənd sakini, 86 yaşlı Əli Əliyev naməlum şəxs və yaxud da şəxslər tərəfindən öldürülüb. Tibbi ekspertiza zamanı meyidin üzərində xəsarətlər də aşkar edilib. Hazırda onun kimin tərəfindən öldürüldüyünü müəyyən etmək üçün araşdırmalar aparılır.

Faktla bağlı Yevlax rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.


Şamxal Adıgözəlov


Bütün xəbərlər Facebook səhifəmizdə