Lənkəranda torpaq sürüşməsi baş verib

Lənkəranda torpaq sürüşməsi baş verib
Lənkəranda torpaq sürüşməsi baş verib. Rayonun Bəliton kəndində 4 aydır davam edən sürüşmə son günlər bir qədər də aktivləşib. SİA-nın verdiyi məlumata görə, torpaq sürüşməsi nəticəsində kənddə bir neçə evdə ciddi təhlükə yaranıb. Kənd sakini İbahimovlara məxsus 5-otaqlı ev sürüşmə nəticəsində tamamilə yararsız hala düşdüyündən 4 nəfərlik ailə müvəqqəti olaraq başqa yerə köçürülüb. Evləri yaşayış üçün təhlükəyə çevrilən digər sakinlər də mənzillərini tərk edərək, yaxınlarının evlərində məskunlaşıblar. Sürüşmə zonasına baxış keçirən FHN-nin əməkdaşları kənddə zərər çəkən ailələrə dəymiş ziyanın miqdarını müəyyənləşdirmək üçün siyahıya alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə