Paytaxtda qətl törədən Azərbaycan çempionu həbs edildi. Bakının Yasamal rayonunda ötən ilin sentyabrında 30 yaşlı Taleh Məmmədovu odlu silahla qətlə yetirən Müseyib Cəfərov tutulub. Cüdo üzrə dəfələrlə Azərbaycan çempionu, Avropa üçüncüsü və beynəlxalq turnirlərin qalibi olan M.Cəfərovun barəsində Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə axtarış elan olunmuşdu. Bir vaxtlar peşəkar idmançı olan Müseyib Cəfərovun adı sonradan böyük cinayət hadisələrində hallanıb. Belə ki, içərisində onun da olduğu dəstə üzvləri 2007-ci il mayın 11-də Füzuli küçəsində yerləşən \"AZEL Azərbaycan Elektroniks\" şirkətinə basqın ediblər. Dəstə üzvləri şirkətin mühafizəçisi İslam Mahmudovun əl-qolunu kəndirlə bağlayıb və mühasibat otağından kiçik seyfi aparıblar. 2010-cu ilin iyul ayında dəstə üzvləri polis tərəfindən yaxalanıb. Lakin bir müddət sonra M.Cəfərov həbsdən azad olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB