Yolu keçən piyada yüksək sürətin qurbanı oldu

Yolu keçən piyada yüksək sürətin qurbanı oldu
Nəsimi rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, Bakı şəhər sakini Vasif Feyziyev avtomaşını idarə edərkən yolu keçən piyadanı vurub. Piyada Bəhlul Mirzəyev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilsə də orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə