Abşeron rayonunun Görədil kəndi ərazisində qətl hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, Füzuli rayon sakini Elgün Hüseynov münaqişə zəminində Beyləqan rayon sakini Bayram İmanova bıçaqla xəsarət yetirib. Ətrafda yaşayanların köməkliyi ilə xəstəxanaya çatdırılan Bayram İmanovun həyatını xilas etmək mümkün olmayıb. Qətli törədən Elgün Hüseynov isə könüllü olaraq Binəqədi RPİ 4-cü PB-nə təslim olub. Faktla bağlı CM-nın 120(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB