Qubada KamAZ markalı maşın dərəyə yuvarlanıb

Qubada KamAZ markalı maşın dərəyə yuvarlanıb

Qubada KamAZ markalı maşın dərəyə yuvarlanıb. Hadisə Quba-Qəçrəş-Xınalıq yolunun 10-cu km-liyində baş verib. Quba-Qəçrəş-Xınalıq yolu buz olduğuna görə qəza baş verib. Məlumatda deyilir ki, KamAZ-ln sürücüsü işdən geri qayıdarkən bu il istifadəyə verilən enişli yolda qəzaya uğrayıb.

Sürücü Səbuhi Qədirov bildirib ki, yolların buz bağladığından xəbəri olmayıb, geri qayıdarkən hadisə baş verib. Sürücü enişli yoldan istifadə etməsinin səbəbini belə açıqlayıb: \"Düz yoldan gəlsəydim polis əməkdaşları məni cəzalandıracaqdı, ona görə də enişli yollardan istifadə etdim. Son bir həftə ərzində 5-ci qəzadır ki, baş verir\".

Sürücü qəza baş verdiyi an özünü maşından yerə tullayıb.

Sürücülər iddia edirlər ki, yol indiyə kimi buz olaraq qalıb. Yol idarəsi yollara qum və yaxud duz tökməyib. Sürücülər buna bir əncam çəkilməyəcəyi təqdirdə qəzaların sayının artacağını bildirirlər.


Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə