Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, Lənkəran rayon sakinləri Nizami Sadıqovun idarə etdiyi \"Hyundai Sonata\" və Rəvan Axundovun idarə etdiyi \"Hyundai Accent\" markalı avtomaşınlar toqquşub. Nəticədə hər 2 sürücü və R.Axundovun sərinişləri Minayə Xalıqova və Aydan Fətullayeva xəsarət alıblar. M.Xalıqova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, digər xəsarət alanların vəziyyətləri isə orta-ağırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB