FHN ötən gecə Bakının mərkəzində yerləşən yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb

FHN ötən gecə Bakının mərkəzində yerləşən yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi ötən gecə Bakının mərkəzində yerləşən yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən daxili arakəsmələr, mərtəbələrarası örtük və tavanı taxta konstruksiyalardan ibarət beşmərtəbəli yaşayış binasının ümumi sahəsi 1300 kv/m olan dam örtüyünün yanar konstruksiyaları 750 kv/m sahədə və 5-ci mərtəbədəki 5 mənzildə tavan ümumilikdə 288 kv/m sahədə yanıb. Binanın yuxarı mərtəbələrindən 18 sakin, o cümlədən 6 uşaq və 1 nəfər yataq xəstəsi yanğınsöndürənlər və hadisə yerinə cəlb olunmuş xilasedicilər tərəfindən təxliyə olunub. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə edilib. Yanğın saat 05:20-də yanğınsöndürənlər tərəfindən tam söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə