Ötən gün saat 23.30 radələrində paytaxtın Səbayel rayonunda Rəşid Behbudov küçəsi 20 ünvanında yerləşən beşmərtəbəli binanın sonuncu mərtəbəsində yanğın baş verib. SİA-nın məlumatına görə, yanğın güclü olduğundan digər binaların damına da keçib.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Hissəsinin 10-dan artıq texnikası cəlb edilib. Yanğın baş verən binanın sakinləri evakuasiya edilib və binaya elektrik enerjisinin verilişi dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB